Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın Ukrayna və  Estoniyadakı səfirlərini istefaya göndərib.

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Belarus liderinin ölkənin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri İqor Sokolu tutduğu vəzifədən uzaqlaşdırdığı bildirilir . Lukaşenko Belarusun Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Vyaçeslav Kaçanovu da vəzifəsindən azad edib.

Bundan əvvəl Lukaşenko bildirib ki, Ukraynada prezident seçkiləri keçirilərsə, o zaman Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski deyil, hərbçilərdən biri qalib gələcək .

Ukraynada prezident seçkilərində kimin qalib gələ biləcəyinə misal olaraq o, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu göstərib .