ABŞ qəhvə zənciri Starbucks, Fələstinlə həmrəylik mesajı paylaşdığına görə "Starbucks Workers United" həmkarlar ittifaqına qarşı məhkəmə iddiası açacağını bildirib.

"Unikal" xəbər verir ki, Starbucks baş direktorunun müavini Kelly bəzi müştərilərin qəzəbini mağaza işçilərindən çıxardığını söyləyib. ABŞ-ın The Intercept saytının xəbərinə görə, Starbucks baş direktorunun müavini Sara Kelli birliyin Fələstinlə həmrəylik mesajı verdiyi paylaşımla bağlı açıqlama verib.

Birliyin yazısının şirkətin fikirlərini əks etdirmədiyini və Starbucks-ın adının yazıda istifadə edilməsinin insanları çaşdırdığını iddia edərək, ittifaqı məhkəməyə verməyə hazırlaşdıqlarını söyləyən Kelli, bəzi müştərilərin qəzəblərini bu işdən çıxardıqlarını ifadə edib.

Həmkarlar ittifaqının fikirləri ilə qətiyyən razı olmadıqlarını deyən Kelli, "Workers United  adı, loqosu və əqli mülkiyyətimizdən istifadə etməyə davam etdiyi üçün bəzi insanlar səhvən bu postu bizimlə əlaqələndirirlər. Workers United Starbucks adımızdan danışmır və şirkətimizin görüşlərini təmsil etmir. Birliyin sözləri və hərəkətləri yalnız özlərinə aiddir"