"Almaniya maddi dəstək baxımından İsraili dəstəkləmək üçün əlindən gələni edəcək. HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi əsas prioritetdir".

"Unikal" xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorus İsrailə səfəri zamanı deyib.

Pistorius Tel-Əvivdə israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında qeyd edib: "Almaniya İsraili tam dəstəkləyir və onun tərəfindədir".

"Girovların əsirlikdən mümkün qədər tez azad edilməsi üçün hər şeyi etmək lazımdır. Bu, ən aktual vəzifədir və biz bu məsələdə mümkün olan hər şeyi etməyə razıyıq", - nazir bildirib.

O əlavə edib ki, beynəlxalq hüququn tələb etdiyi kimi, mülki əhalinin tələfatının qarşısını almaq vacibdir: "Bunun HƏMAS-ın burada başladığı müharibə ilə heç bir əlaqəsi yoxdur. Bu, terror hücumudur. Bu qeyri-insani qəddarlıq Almaniyada bizi dərindən sarsıtdı".

Qeyd edək ki, Pistorius cümə axşamı İsrailə gəlib. Bundan əvvəl o, Livana səfər edib.