Bu yaxınlarda Transfermarkt mütəxəssisləri bir neçə Avropa çempionatının, o cümlədən top-5 liqaların bəzi futbolçularının transfer dəyəri məlumatlarını yeniləyib.

"Unikal" xəbər verir ki, "Mançester Siti"nin hücumçusu Erlinq Holland və PSJ-nin futbolçusu Kilian Mbappe planetin ən dəyərli futbolçuları olaraq qalırlar. Onların transfer dəyəri 180 milyon avro qiymətləndirilir.

Üçüncü və dördüncü yerləri iki Real Madrid oyunçusu Jude Bellingham və Vinicius Junior bölüşür. Onların transfer dəyəri 150 milyon avro olaraq qiymətləndirilir.

Ümumilikdə 15 futbolçunun transfer dəyəri 100 milyon avronu ötür.