Binəqədi rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin dəhlizində 1 ədəd qaz sobası və 1 ədəd yataq dəsti yanıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 m² sahədə əriyib və 2 ədəd qapı qarsalanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.