İsrailin baş naziri Benyamin Netanyahu özünün sosial şəbəkədəki X səhifəsində İsrail Müdafiə Qüvvələrinin ( İDF ) əsgərləri ilə çəkilmiş videoda Qəzza zolağının işğalına hazır olduğunu bildirib.
"Unikal" xəbər verir ki, “Mən və əsgərlərim hazırıq”, - deyə siyasətçi sosial platformada yazıb.
Baş nazir həmçinin İsrailə sarsıdıcı zərbə vuracağına və Fələstin-İsrail münaqişəsində qalib gələcəyinə əmin olduğunu bildirib.