Filippində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Mati şəhərindən 35 km şimalda olub. Zəlzələ ocağı 82 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.