Ukrayna nümayəndə heyəti Kiyev üçün sözdə təhlükəsizlik təminatlarına dair ikitərəfli sazişin bağlanması üçün Fransa ilə danışıqların birinci raunduna başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin dəftərxanası məlumat yayıb.

“Tərəflər gələcək ikitərəfli danışıqlar planı və yaxın gələcək üçün təhlükəsizlik təminatları məsələsi üzrə koordinasiya proseduru barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva başçılıq edib. Danışıqlar qrupuna həmçinin dövlət başçısının aparatının rəhbərinin müavini Roman Maşovets və müdafiə nazirinin birinci müavini Aleksandr Pavlyuk da daxildir.