Qəzza zolağına humanitar yardımların çatdırılması üçün sabah səhər saatlarında Rəfah Sərhəd Qapısının açılacağı bildirilib.

"Unikal" xəbər verir ki, bu barədə Misir mətbuatı yazıb. Sərhədin nə vaxt açılacağı bildirilməyib.

ABŞ prezidenti Co Bayden dünən İsraildən ABŞ-a qayıdarkən təyyarədə verdiyi açıqlamada Misir prezidenti Əbdülfəttah Sisi ilə Rəfah Sərhəd Qapısının açılması və humanitar yardım daşıyan 20-yə yaxın TIR-ın keçidinə icazə verilməsi üçün razılıq əldə edildiyini bildirmişdi.