İranın cənubunda 4,7 maqnitudalı zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri 1,2 milyondan çox insanın yaşadığı Şiraz şəhərindən 46 km qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.