Bəhreynin paytaxtı Manamada nümayişçilər İsrail səfirliyinin binasını yandırıblar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 20-nə keçən gecə İsrailin Qəzza zolağında hərəkətlərinə etiraz edən bir qrup etirazçı "molotov kokteylləri" ilə diplomatik missiyanın binasına yaxınlaşıb, daha sonra onları səfirlik istiqamətinə atıblar. 

Qeyd edək ki, səfirlik bundan iki gün öncə boşaldılıb. Yanğın zamanı missiyanın binasında işçi olmayıb.

Ağarza Elçinoğlu