ABŞ lideri Co Bayden bu gün İsrail və Ukrayna da daxil olmaqla, Amerikanın milli təhlükəsizliyinin kritik tərəfdaşlarını dəstəkləmək ehtiyaclarını maliyyələşdirmək üçün Konqresə təcili büdcə tələbi göndərib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden xalqa müraciətində deyib.

"Bu, nəsillər boyu Amerikanın təhlükəsizliyi üçün dividendlər ödəyəcək ağıllı bir investisiyadır. Konqresə göndərdiyim təhlükəsizlik paketi İsrailin təhlükəsizliyinə misilsiz öhdəlikdir və İsrailin keyfiyyətcə hərbi üstünlüyünü kəskinləşdirəcək. Biz Dəmir Qübbənin İsrailin səmasını qorumağa davam etdiyinə əmin olacağıq. Biz əmin olacağıq ki, bölgədəki digər düşmən tərəflər də İsrailin həmişəkindən daha güclü olduğunu bilsinlər və bu münaqişənin yayılmasının qarşısını alsınlar", - deyə ABŞ lideri açıqlayıb.

Çıxışı zamanı o, Fələstinin HƏMAS qruplaşmasının və Rusiya prezidenti Vladimir Putinin fərqli təhdidləri təmsil etdiklərini və hər ikisinin demokratiyanı məhv etməyə çalışdıqlarını deyib.

Bayden, həmçinin Təl-Əvivdə keçirilən görüşdə İsrailin baş naziri Benyamin Netanyahu ilə İsrailin müharibə qanunlarına uyğun fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb: "Bu, döyüşdə mülki insanları bacardıqları qədər qorumaq deməkdir. Qəzza xalqının təcili olaraq qida, su və dərmana ehtiyacı var. Dünən İsrail və Misir liderləri ilə müzakirələr zamanı mən Qəzzada Fələstin mülki vətəndaşlarına BMT-dən humanitar yardımın göndərilməsinə dair razılaşma əldə etdim. Daşımalar fələstinlilər üçün həyat qurtaran humanitar yardımın davamlı çatdırılması üçün bir açılışı təmin edəcək. İsrail və fələstinlilər eyni dərəcədə təhlükəsizlik, ləyaqət və sülh içində yaşamağa layiqdirlər".

O, bu həftənin əvvəlində Qəzzadakı Əl-Əhli Baptist Xəstəxanasının vurulmasına bir daha diqqət çəkərək bildirib bunu israillilərin etmədiyini bildirib. 

Bu həftə Çikaqoda 6 yaşlı Fələstin əsilli amerikalı Vadea Əl-Fayumun vəhşicəsinə qətlə yetirildiyini xatırladan Bayden deyib: "Biz buna səssiz qala bilmərik. Biz birmənalı olaraq antisemitizmi, birmənalı şəkildə islamofobiyanı pisləməliyik". 

Ağarza Elçinoğlu