İsrailin Qəzzada 471 nəfərin ölümü ilə nəticələnən xəstəxana hücumunun əks-sədaları davam edərkən, bölgədən bombardman xəbərləri gəlməyə davam edir.

"Unikal" xəbər verir ki, dinc əhalinin qətlə yetirildiyi bölgədə baş verənlərə bütün dünya səssiz qalarkən, Ərəb Parlamentində çıxış edən Liviya nümayəndəsi cəsarətli bir açıqlama verib. 

Nümayəndə İsrailin bölgədə qətliam törətdiyini və hər kəsin yanında söz verərək, “Allaha and olsun ki, sərhədlər açılsa, Liviyadakı silahları Qəzzaya köçürəcəyik” deyib.