21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.
"Unikal" xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Millimiz Latviya yığması ilə qarşılaşacaq. Noyabrın 17-də keçiriləcək matç Bakıda baş tutacaq.
Qeyd edək ki, matçın məkanı və başlama saatı hələ dəqiqləşməyib.