"Alimlərin proqnozuna görə, bütün ölkələrdə, eyni zamanda Avropa ölkələrində sel-daşqın hadisələrinin sayı 80 faiz artacaq".

"Unikal" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib. Nazir müavini bildirib ki, ölkənin inkişaf səviyyəsindən asılı olmayaraq, təbii fəlakətlər sərhəd tanımır:

"Belə hadisələr bütün dünyada istər inkişaf etmiş, istər inkişafda olan, istər cənubda, istərsə də şimalda yerləşən ölkələrdə eyni intensivliklə və yaratdığı eyni fəsadlarla müşahidə olunur. Aralıq dənizi ölkələri bu ilin yay fəslində şiddətli yağıntılarla üzləşdilər, daşqınlar baş verdi. Alimlərin proqnozuna görə, bütün ölkələrdə, eyni zamanda, Avropa ölkələrində sel-daşqın hadisələrinin sayı 80 faiz artacaq”, - deyə U.Tağıyeva qeyd edib.