AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah”ın futbolçusu Tuncay Cəfərli ilə bağlı klubun apellyasiya şikayətini qismən təmin edib.
“Unikal” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA Gənclər Liqasında çıxış edən oyunçunun 4 matçlıq cəzası 2-yə endirilib.
“Araz-Naxçıvan”la görüşdə topsuz sahədə rəqibi vurduğu üçün qırmızı vərəqə alan T.Cəfərli AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya olunmuşdu. Lakin Apellyasiya Arbitraj Tribunalı bu qərarı ləğv edib.
Futbolçunun davranışı ciddi qayda pozuntusu kimi qiymətləndirilib və ona 2 matçlıq cəza verilib.