"Transfermarkt" portalı dünyanın futbol üzrə ən dəyərli “onbirliy”ini açıqlayıb.

"Unikal" xəbər verir ki, ulduz oyunçulardan ibarət heyətin ümumi qiyməti 1 milyard 230 milyon avro təşkil edib.

Dünya futbolunun iki önəmli siması – Lionel Messi ilə Kriştianu Ronaldunun adı siyahıda yer almayıb.

Qapıçı: Dioqu Koşta (“Portu”, Portuqaliya)

Müdafiəçilər: Əşrəf Hakimi (PSJ, Fransa), Ruben Diaş, Yoşko Qvardiol (hər ikisi "Mançester Siti", İngiltərə), Alfonso Deyvis ("Bavariya”, Almaniya)

Yarımmüdafiəçilər: Bukayo Saka ("Arsenal", İngiltərə), Cud Bellingem ("Real Madrid", İspaniya), Camal Musiala ("Bavariya")

Hücumçular: Kilian Mbappe (PSJ), Erlinq Holann ("Mançester Siti"), Vinisius Junior ("Real Madrid")