Oktyabrın 18-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 2008-ci il təvəllüdlü Tunar Bayramovun növbəti gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, Tunar Bayramov Biləsuvarın Ağalıkənd kəndinin sakinidir.