"Liverpul"un və Şotlandiya millisinin 29 yaşlı sol müdafiəçisi Endryu Robertson əməliyyat olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə İngiltərə yığmasının almaniyalı baş məşqçisi Yurgen Klop açıqlayıb.
Onun sözlərinə görə, əməliyyat futbolçunun uzun müddət oynaya bilməməsinə səbəb olacaq: "Mütəxəssislər cərrahiyyə əməliyyatının ən yaxşı variant olduğunu deyirlər. Bu o deməkdir ki, Robertson xeyli vaxt itirəcək. Onun nə vaxta qədər meydana çıxmayacağı dəqiq bilinmir".
Robertson Avro-2024-ün seçmə mərhələsində İspaniya yığması ilə matçda çiynindən zədə alıb. O, birinci hissədə əvəzlənib. Şotlandiya komandası 0:2 hesabı ilə məğlub olub.
Ağarza Elçinoğlu