"Qəzzanı müdafiə və mühafizə missiyasını öz üzərinə götürmək bizə əcdadlarımızın mirasıdır".

"Unikal" xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalıdan deyib. 

O, atəşkəslə bağlı İsrailə 24 saat vaxt verdiyini bildirib: "Milliyyətçi Hərəkat Partiyası olaraq çağırışımız budur: Əgər bu gündən etibarən 24 saat ərzində atəşkəs əldə olunmazsa, hücumlar dayanmazsa, məzlumların üzərinə bombalar atılmağa davam edərsə, Türkiyə tarixi, humanitar və dini məsuliyyətlərinə görə tez bir zamanda işə qarışmalı və nə lazımdırsa etməlidir. 

Türkiyə Cümhuriyyəti Qəzzanı xoşbəxt uşaqlar şəhəri və qardaş və bacılarımızın sülh və əmin-amanlıq içində yaşayacağı İslam şəhəri etməyə hazırdır".

Ağarza Elçinoğlu