İngiltərə Premyer Liqasının 9-cu turunda vitse-çempion "Arsenal" "Çelsi"ni qəbul edib.
"Unikal" xəbər verir ki, "Arsenal" sonda vurulan qollar sayəsində məğlubiyyətdən yaxa qurtara bilib. Oyun bərabərliklə yekunlaşıb - 2:2.
"Çelsi"dən ingilis yarımmüdafiəçi Koul Palmer və ukraynalı yarımmüdafiəçi Mixail Mudrik fərqlənib. İngiltərəli yarımmüdafiəçi Deklan Rays və belçikalı hücumçu Leandro Trossard "Arsenal"ın qapısına qol vurub.
Ağarza Elçinoğlu