İspaniya çempionatının 10-cu turunda "Sevilya" "Real Madrid"i qəbul edib. 

"Unikal" xəbər verir ki, oyun heç-heçə başa çatıb - 1:1.

Kral komandasının avstriyalı müdafiəçisi David Alaba 74-cü dəqiqədə avtoqola imza atıb. İtaliyalı Karlo Ançelottinin rəhbərlik etdiyi komanda ispan müdafiəçi Daniel Karvahalın qolu sayəsində məğlubiyyətdən yayınıb.

"Real" 25 xalla turnir cədvəlinə başçılıq edir, "Sevilya" 9 xalla 13-cüdür.

Ağarza Elçinoğlu