İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, İspaniyanın baş naziri Pedro Sançes və Niderlandın baş naziri Mark Rutte ilə danışıqlar aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi müzakirə olunub. Makron və Rutte İsrailə gələcəklərini vəd ediblər.

"Makron və Rutte bazar ertəsi və çərşənbə axşamı İsrailə gələcək və Netanyahu ilə görüşəcək", - məlumatda bildirilib.