İtaliya A seriyasının 7-ci turunda "Milan" "Yuventus"u qəbul edib.
"Unikal" xəbər verir ki, "San Siro" stadionunda keçirilən İtaliya derbisində Turin təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. 63-cü dəqiqədə "Yuventus"un yarımmüdafiəçisi Manuel Lokatelli Timoti Veanın ötürməsi ilə hesabı açıb, qonaqları önə keçirib.
Qeyd edək ki, bu matçın nəticəsindən sonra "Milan" A Seriyasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Yuventus” 9 oyundan sonra 20 xalla üçüncü pilləyə yüksəlib. Çempionatın lideri 9 görüşdən 22 xalla "İnter"dir.