İsrailin hücumları zamanı Qəzzada dağıntılar altından çıxarılan və xəstəxanada qorxudan titrəyən balaca Məhəmməd Əbu Louli dünya mətbuatında geniş işıqlandırıldı. 

"Unikal" xəbər verir ki, qorxudan şoka düşən balacanın taleyi son günlərdə müzakirə mövzusuna çevrilib.  

Bölgədəki jurnalistlərdən biri onu ailəsi ilə birlikdə qaçqın düşərgəsində tapıb. Jurnalist Abdallah Ələttar Məhəmmədə oyuncaq hədiyyə verib və  onun sevincini mətbuatla paylaşıb. 

Gülayə Mecid