Araz çayı üzərində yeni körpü tikiləcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Mehrdat Bəzrpaş İrəvanda deyib.

O, qeyd edib ki, hazırkı körpünün istismar müddəti başa çatıb: "İşləyən körpü çox köhnədir, ötürmə qabiliyyəti aşağıdır. Biz yeni körpünün tikintisi üçün işçi qrupunun yaradılması barədə razılığa gəldik". 

Qeyd edək ki, sözügedən körpü İranla Ermənistanı birləşdirir. 

Ağarza Elçinoğlu