Fransa Ermənistana hərbi texnika, o cümlədən radar və hava hücumundan müdafiə sistemləri satacağını açıqlayıb.

"Unikal" xəbər verir ki, Fransanın müdafiə naziri Sebastyn Lekornunun sözlərinə görə, bu texnika guya müdafiə xarakteri daşıyır və yalnız “Ermənistan ərazisinə təcavüzə” cavab olaraq istifadə edilə bilər.

Jurnalistlərə açıqlama verən Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, Ermənistan Fransanın "Thales" müdafiə qrupundan üç "Ground Master 200 (GM200)" radar sistemi alacaq.

Qeyd olunur ki, artıq Ukraynada istifadə olunan sistem “gözəl aşkarlama imkanları” ilə tanınır”.

Nazirlər həmçinin "Thales" və Avropanın raket istehsalçısı "MBDA" şirkətlərinin iştirakı ilə Ermənistanın hava hücumundan müdafiə sistemləri almasına dair niyyət məktubu imzalayıblar.

*** 18:32

Fransanın müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalayıb. 

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, sənədlər ikitərəfli əməkdaşlığı, silahların alınmasını nəzərdə tutur. 

Nuranə Abbasova