Həmas yanacaq müqabilində girovları azad etməyi düşünür
"Unikal"
xəbər verir ki, prosedur bu gün həyata keçirilə bilər.

Radikal Fələstin hərəkatının girovları bazar ertəsi azad edəcəyi ehtimalı var, lakin yekun qərar hələ qəbul edilməyib.

Daha əvvəl İsrail ordusu Qəzza zolağında girov götürülənlərin sayının 222 nəfərə çatdığını açıqlamışdı. İsrail ordusunun sözçüsü Daniel Hagari ölkə hakimiyyətinin oğurlananların ailələri ilə əlaqə saxladığını vurğulayıb.