ABŞ sanksiyaya məruz qalmış rusiyalı milyarder Süleyman Kərimova məxsus "Amadea" yaxtasının müsadirə edilməsini tələb edən mülki iddia qaldırıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. 

İddiaya görə, yaxta iş adamına qarşı mövcud sanksiyaları pozan şəraitdə saxlanılıb və ABŞ qanunlarının pozulması əsasında müsadirə edilməlidir.