Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda 4,3 maqnitudalı zəlzələ olub.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 7,5 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 04:39-da qeydə alınıb.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.