Türkiyədə yol-nəqliyyat hadisəsi zamanı avtobus aşıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muş-Bursa marşurutu ilə hərəkət edən avtobus Gürün-Pınarbaşı yolunun 70-ci kilometrliyində aşıb.

Hadisə yerinə gələn qruplar avtobusun şüşələrini sındıraraq sıxışan sərnişinləri xilas edib.

Qəza zamanı xəsarət alan  38 nəfər Kayseridəki xəstəxanalara aparılıb.