Yaponiyanın cənubunda Yonaquni adaları yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.

"Unikal"ın məlumatına görə, zəlzələnin episentrində güclü təkanlar hiss olunub, lakin yerli sakinlər üçün heç bir təhlükə yoxdur. Yerli hakimiyyət orqanları dərhal lazimi tədbirlər görüb.

Sunami təhlükəsi yoxdur.