Masallıda itkin düşən 16 yaşlı qız tapılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a bildirilib ki, yeniyetmənin tapılması istiqamətində aparılan axtarış tədbirləri nəticəsində onun olduğu yer müəyyən edilib.

O, ailəsinə təhvil verilib.

***09:09

Masallıda 9-cu sinif şagirdi itkin düşüb.

"Unikal" xəbər verir ki, rayonun Boradigah qəsəbə sakini, 2007-ci il təvəllüdlü, məktəbin 9-cu sinif şagirdi Nurtac Quliyeva oktyabrın 21-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Araşdırma aparılır.