Ukraynanın dövlət borcu hazırda təqribən 140 milyard dollardır. 

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib.

Onun sözlərinə görə, bu məbləğ ilin sonuna qədər 173 milyard dollara çata bilər: "Hazırda Ukraynanın dövlət borcu təqribən 140 milyard dollar təşkil edir. Mütləq rəqəmlərlə desək, ilin sonuna dövlət borcunun ümumi həcmi rekord həddə - 6,4 trilyon qrivnaya və ya 173 milyard dollara çata bilər", - o, "Facebook" səhifəsində yazıb.

Bundan əlavə, keçmiş baş nazir Ukrayna hakimiyyəti növbəti krediti kimdən götürəcəyini və əvvəlkiləri necə qaytaracağını sual edib. 

Ağarza Elçinoğlu