İsrailin Qəzzaya hücumlarında baş verən böyük qırğından sonra açıqlama verən Həmas Siyasi Bürosunun üzvü Usamə Həmdan ərəb və müsəlman ölkələrini İsraillə əlaqələri kəsməyə və səfirlərini geri çəkməyə çağırıb.
"Unikal" xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdandan ərəb və müsəlman ölkələrinə diqqətçəkən bir çağırış edib. Həmdan, "Ərəb və İslam ölkələrini və Birləşmiş Millətləri İsrailin təcavüzünü dayandırmaq üçün mənəvi məsuliyyətlərini üzərinə götürməyə çağırırıq"-deyə bildirib.