Kanadanın xarici işlər naziri Melani Coli Ermənistanda səfərdədir. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN açıqlayıb. 

Hazırda o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla təkbətək söhbət aparır və daha sonra geniş tərkibdə görüş keçiriləcək.

Kanada Xarici Siyasət Departamentinin məlumatına görə, səfər çərçivəsində baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçatryanla görüşlər də planlaşdırılıb. 

***09:16

Oktyabrın 25-26-da Kanadanın xarici işlər naziri Melani Coli Ermənistanda rəsmi səfərdə olacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN açıqlayıb. 

Məlumata görə, bu gün Ermənistan və Kanada xarici işlər nazirləri arasında təkbətək söhbət baş tutacaq, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək. 

Kanada Xarici Siyasət Departamenti bildirib ki, səfər çərçivəsində baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçatryanla görüşlər də planlaşdırılır.

Ağarza Elçinoğlu