Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bu gün Türkmənistanda fəaliyyətə başlayan XXVIII Beynəlxalq “Türkmənistanın Neft və Qazı - 2023” (OGT-2023) konfrans və sərgisində iştirak edir.
"Unikal" Türkmənistan KİV-ə istinadən xəbər verir ki, R.Nəcəfin forum çərçivəsində çıxışı nəzərdə tutulub.
Məlumata görə, forumda Türkmənistanın neft-qaz sektoruna investisiyaların cəlb edilməsi, dünyanın ən böyük Türkmənistanın qaz yatağı olan “Qalkınış”ın işlənməsi, enerji bazarlarının inkişafı, “yaşıl enerji”nin inteqrasiyası və bir çox digər məsələlər müzakirə olunur.