"HƏMAS terror təşkilatı deyil, öz torpaqlarını qorumağa çalışan bir qrup azadlıq mücahididir".
"Unikal" xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı deyib.
Ərdoğan həmçinin İsrailə səslənərək deyib: Bütün dünya HƏMAS-a terror təşkilatı kimi baxır. İsrail dövləti ilə heç bir problemimiz yoxdur. Onun dövlət yerinə təşkilat kimi hərəkət etməsini bəyənmirik. Biz Fələstin davamızı müdafiə edəcəyik.
Davosda "öldürməyi çox yaxşı bilirsən" dedim. O gündən bəri Davosa getməmişəm. Ey İsrail, bu zehniyyətlə heç yerə gedə bilməzsən. ABŞ və ya Qərbi özünüzlə aparsanız belə heç yerə gedə bilməzsiniz".
Ağarza Elçinoğlu