Brüssel Macarıstanı hərbi güc yolu ilə Aİ-də saxlamır.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.
O, Macarıstanın baş naziri Viktor Orbanın Aİ-ni SSRİ ilə müqayisə etməsinə cavabında deyib: "Mən 1956-cı ildə Budapeşti və onun küçələrində sovet tanklarını xatırlayıram və Sovet İttifaqının Macarıstanı işğalı ilə Avropa İttifaqının prosesləri arasında heç bir oxşarlıq görmürəm. Heç kim Macarıstanı hərbi güc yolu ilə Aİ-də saxlamır".
"Avropa və Dünya" adlı forumda qonaq qismində çıxış edən “Avropa İslahatı Mərkəzi” analitik mərkəzi tərəfindən çərşənbə axşamı Brüsseldə təşkil olunub.
Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orbanın deyib ki, Avropa İttifaqı liderləri Sovet İttifaqının vaxtında etdiyi kimi Macarıstana davranış qaydalarını diktə etməyə çalışırlar, lakin indi bu ölkə artıq başqasının sədaları altında rəqs etməyəcək.
Ağarza Elçinoğlu