İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında “quru əməliyyatına hazırlaşdıqlarını” bəyan edərək, “əməliyyatın vaxtının döyüş kabineti tərəfindən yekdilliklə qərarlaşdırıldığını” bildirib.
"Unikal" xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciət edib.
Netanyahu, HƏMAS-ın 7 oktyabr reydləri ilə bağlı ölkədə araşdırma başlanacağını, lakin bu araşdırmanın müharibənin sonuna qədər aparılmaması lazım olduğunu bildirib.
Netanyahu, "7 oktyabr tariximizdə qara gün oldu. Cənub sərhəddində baş verənləri ətraflı araşdıracağıq. Bu fiasko sona qədər araşdırılacaq. Mən də daxil olmaqla, hər kəs bu fiaskoya görə cavab verməli olacaq, amma hamısı bu ancaq müharibədən sonra baş verəcək”.
Netanyahu həmçinin deyib : "Baş nazir kimi mən dövlətin gələcəyini təmin etmək üçün məsuliyyət daşıyıram. İndi mənim vəzifəm İsrail dövlətini və xalqını düşmənlərimizə qarşı sarsıdıcı qələbəyə çatdırmaqdır. İndi güclərimizi birləşdirmək vaxtıdır. yeganə məqsəd: işimizin doğruluğuna dərin inamımızla qələbəyə doğru irəliləməkdir”.