Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.
"Unikal" xəbər verir ki, Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin III turunun matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri I dövrədəki son görüşündə “Bayer”lə qarşılaşıb. İlk iki turda qələbələri sıralayan rəqiblərin qarşılaşması liderlərin dueli olacaq.
Bundesliqada da liderlik edən Xavi Alonsonun yetirmələri təkcə matçın deyil, Avropa Liqasının favoritlərindən sayılır. “Qarabağ” çətin rəqiblə görüşdən xalla dönmək üçün mübarizə aparsa da istəyinə nail ola bilməyib və 5:1 hesabı ilə məğlub olub.