PSJ-nin hücumçusu Kilian Mbappe Tyeri Anrinin Çempionlar Liqasındakı rekordunu qırıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. O, bunu ötən gecə qrup mərhələsinin 3-cü turunda "Milan"la ev oyununda fərqlənməklə bacarıb. Nəticədə Kilian ÇL-də ardıcıl 8 ev oyununda qol vurmuş olub.
Bununla da Mbappe Anrinin rekordunu qırıb. T.Anri 2001-ci ilin martından 2002-ci ilin fevralına qədər "Arsenal"ın heyətində 7 ardıcıl ev oyununda qol vurmuşdu. Mbappe isə UEFA Çempionlar Liqasında ardıcıl 8 ev oyununda fərqlənməyi bacaran ilk fransalı olub.
Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 11 matçda iştirak edib, 10 qol vurub və 1 qolun ötürməsini verib.