Türkiyənin keçmiş futbolçusu İlhan Mansız Leyla adlı azərbaycanlı xanımla evlənib.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün nikahı ABŞ-nin Arizona ştatında baş tutub.
Eyni zamanda, İlhanla Leylanın yaxın zamanlarda oğlunun dünyaya gələcəyi məlum olub.
Nikahından fotolar paylaşan Mansız yazıb:
"Mr&Mrs Mansız... Tanış olduğumuz gündən həyatıma məna qatan və həyat yoldaşım olduğun üçün məni çox şanslı biri edən, sevgilim, səni çox sevirəm".