Goranboyda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Goran qəsəbəsinin yaxınlığında qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan "Ford" markalı yük maşını digər yük maşınına arxadan çırpılıb. Nəticədə bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov