İspaniyanın "Real Madrid" futbol klubu “Santiaqo Bernabeu” stadionunu maliyyələşdirmək üçün müxtəlif institusional investorlardan təxminən 370 milyon avro borc almağa çalışır.
"Unikal" “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, klubun rəhbərliyi strukturlaşdırılmış kaskad ödənişi adlanan maliyyə əməliyyatı çərçivəsində bilet satışından əldə edilən gəlirlər hesabına ödəniləcək şəxsi borc verməklə vəsait toplamağa çalışır.
Son illərdə özəl borc bazarları Avropanın aparıcı komandaları üçün maliyyə mənbəyinə çevrilib. “”Barselona FK” öz stadionunu yenidən qurmaq üçün özəl investorlardan təxminən 1,5 milyard avro, “Chelsea” isə “Ares Management” investisiya qrupundan subordinasiyalı borc hesabına 500 milyon funt sterlinq borc götürüb.
Demək olar ki, başa çatmış stadionun təmiri üzrə işlərə vəsait həcminin artırılması, eləcə də konsertlər və ya tennis matçları kimi digər tədbirlər zamanı ot örtüyünün saxlanmasına imkan vermək üçün açılan damın və çıxarıla bilən döşəmənin quraşdırılması daxildir.
Keçən il üçün hesabatlarını təqdim edən “Real Madrid” öz stadionunun yenidən qurulmasına ümumi investisiyanın 893 milyon avro təşkil etdiyini bildirib.