Üçüncü dünya müharibəsi Yaxın Şərqdə başlaya bilər.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Belarus lideri vurğulayıb ki, HƏMAS və İsrail arasında davam edən münaqişənin miqyası artmaqda davam edərsə, Yaxın Şərqdə üçüncü dünya müharibəsi başlaya bilər: "ABŞ və İsrail qüvvələri İranla döyüşə başlasalar, mütləq cavab alacaqlar. Onları sürükləyən artıq İran deyil, onlar iranlıları buna sürükləməyə başlayırlar. 

İranın HƏMAS-ın İsrail ərazilərinə hücumunda iştirakına dair heç bir sübut yoxdur".

Ağarza Elçinoğlu