Şəki şəhərində ümumi sahəsi 180 m² olan birmərtəbəli, 3 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində evin yanar konstruskiyaları 145 m² sahədə yanıb. Evin qalan hissəsi, bitişik talvar və qonşu evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.