İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior növbəti dəfə irqçiliyə məruz qalıb.
"Unikal" "Marca"ya istinadən xəbər verir ki, "Barselona" azarkeşləri komandalarının 1:2 hesabı ilə uduzduğu "el klassiko"da braziliyalı vingerin ünvanına təhqiramiz ifadələr işlədiblər.
23 yaşlı futbolçu sonuna əlavə edilmiş 6-cı dəqiqədə əvəzlənərkən irqçiliklə üzləşib. O, meydanı tərk edərkən Kataloniya təmsilçisinin fanatlarını istehza ilə alqışlayıb. Yerli tərəfdarlar Vinisius Junioru "meymun" adlandırıblar. Hətta onlardan biri banana bənzəyən əşyanı futbolçuya tərəf atıb.
"Barselona" klubu məsələni araşdıracağını açıqlayıb.
Qeyd edək ki, Vinisius Junior "Sevilya" ilə 1:1 hesablı heç-heçə etdikləri La Liqanın 10-cu turunun oyununda da təhqir olunmuşdu.