Budapeştdə (Macarıstan) karate üzrə dünya çempionatı başa çatır.
"Unikal" xəbər verir ki, çempionatın altıncı - sonuncu günündə Azərbaycan idmançıları iki medal uğrunda mübarizə aparıblar.
Əvvəlcə Azərbaycanın kişilərdən ibarət yığma komandası bürünc uğrunda görüşdə İtaliya komandasına uduzub (1:3).
Daha sonra parakarateçi Emiliya Mitlinova (K10) finalda Veronika Kamenskayaya (Çexiya) qalib gəlib.
Xatırladaq ki, ötən gün qadınlardan ibarət Azərbaycan yığmasının lideri İrina Zaretska (68 kq) üçqat dünya çempionu olub.