Marseldə Fransa futbol çempionatının 10-cu turunun " Marsel" - "Lion" matçı oyundan əvvəl azarkeşlərin iştirakı ilə başlayan iğtişaşlar səbəbindən ləğv edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, “Marsel” azarkeşləri “Lion”un futbolçularının olduğu avtobusa daş atıblar. Hadisə nəticəsində baş məşqçi Fabio Qrosso xəsarət alıb.
Daha sonra komandalar fövqəladə toplantı keçirib. "Lion" matçı oynamaq istəməyib.
Qarşılaşmanın keçirilməli olduğu "Stad Velodrom"a artıq toplaşmış azarkeşləri sakit olmağa və çıxışa doğru getməyə çağırıblar.